İtaliyada yerli seçkilərin ikinci turu keçiriləcək

İtaliyada oktyabrın 17-18-də yerli idarəetmələri müəyyən etmək üçün qismən yerli seçkilərin ikinci turu keçiriləcək.

SIA xəbər verir ki, ikinci tur seçkilər ilk turda rəhbəri müəyyən olunmayan paytaxt Roma, Turin və Trieste kimi böyük şəhərlər də daxil olmaqla 65 yerli idarəetmədə təşkil ediləcək. Təxminən 5 milyon seçicini maraqlandıran ikinci tur üzrə seçkilərdə məntəqələr sabah yerli vaxtla saat 07:00-dan 23:00-dək və oktyabrın 18-də isə 07:00-dan 15:00-dək açıq olacaq.

Seçkilərin ikinci turunda bütün diqqət paytaxtda olacaq. Romadakı ilk tur seçkilərində 30,14 faizlə birinci olan sağ mərkəz ittifaqının namizədi Enriko Miçetti və 27,03 faizlə ikinci sırada qərarlaşan sol mərkəzin namizədi Roberto Gualtieri yenidən yarışacaq.

Xatırladaq ki, oktyabrın 4-5-də İtaliyada 1192 yaşayış məntəqəsində yerli idarəetmələri müəyyən etmək üçün qismən yerli seçkilər keçirilib. Seçkilərdə seçici fəallığı 54.69 faiz olub. Milan, Bolonya və Neapolda sol mərkəzçilərin namizədləri ilk turda səslərin 50 faizdən çoxunu toplayaraq qalib gəliblər. Səsləri 50 faizdən az olan namizədlər isə ikinci tur seçkilərinə qalıblar.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə