Dağıstanda avtobus qəzası olub - ÖLƏNLƏR VAR

Dağıstanın Babayurt rayonunda minik avtomobili avtobusla toqquşub. SİA xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, yol qəzasında dörd nəfər ölüb. Ölənlərin hamısı avtomobildə olanlardır.

Hadisəyə səbəb kimi avtobus sürücüsünün idaretməni itirdiyi deyilir.

Yol qəzasında zərərçəkən yoxdur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə