ABŞ-a yalnız bu şəxslər daxil ola biləcək

“Gələn aydan (noyabr - Red) ABŞ-a yalnız Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ya Ərzaq və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq edilən dərmanlardan biri ilə peyvənd olunan vətəndaşlar daxil ola biləcək”. SİA xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qərar noyabrın 8-dən qüvvəyə minəcək: “Bu vaxta qədər ABŞ-a səfər etməyi planlaşdıran vətəndaşların COVID-19-a qarşı tam peyvənd olunması lazımdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə