"Terrorçulara qarşı bütün addımları atacağıq".

Qarşıdakı dövrdə Türkiyənin Suriyada terrora qarşı mübarizəsi keyfiyyətcə yeni səviyyəyə yüksələcək.

SİA -nın məlumatına görə, bunu jurnalistlər üçün Ankaranın Suriya və Əfqanıstan üzrə mövqeyini şərh edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Ankaranın Türkiyənin cənub sərhədləri yaxınlığında YPG (PKK -nın Suriya qanadı) terrorçularının intriqalarına qarşı səbri tükənib. Biz terrorçulara qarşı lazım olan bütün addımları atacağıq"

"Taliban" hərəkatının nümayəndə heyətinin Türkiyəyə səfərinin nəticələrinə toxunan dövlət başçısı, "Taliban" ın Ankarada humanitar yardım üzrə istək səsləndirdiyini və Əfqanıstanın gələcək inkişafı mövzusunun müzakirə edildiyini deyib: "Bu müraciətlərə uyğun olaraq Türkiyə Əfqanıstan xalqına hər cür kömək göstərəcək".

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...