İraqdan gələn qanunsuz miqrantlar... Litvada?

İraqdan gələn qanunsuz miqrantlar... Litvada?

Litva parlamentinin milli təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Laurinas Kasciunas Belarusdan Litvaya xeyli sayda terror qrupları üzvlərinin keşdiyini bildirib.

Latviyanın aparıcı xəbər portalı olan “Delfi”-nin yazdığına görə, Kasciunas terror fəaliyyəti ilə əlaqəli on nəfərdən artıq şəxsin ölkəyə qanunsuz daxil olduğunun aydınlaşdırıldığını bildirib

Millət vəkili bildirib ki, onlardan 4 -ü artıq deportasiya edilib, daha 10 -a yaxını isə nəzarət altındadır. Kasciunasın sözlərinə görə, şübhələrin əksəriyyətini İraqdan gələn qanunsuz miqrantlardır.

Qeyd edək ki, daha əvvəl, sentyabrın sonunda Polşa hakimiyyəti Polşa-Belarus sərhədini qanunsuz keçən miqrantlar arasında terrorçuların və ekstremistlərin olduğunu bildirmişdi.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə