Vuçiç Putinlə görüşəcəyinə ümid edir

Serbiya prezidenti Aleksandar Vuçiç, Rusiya lideri Vladimir Putinlə noyabrın 25-də görüşəcəyinə ümid etdiyini, bu müddətdə qazın qiymətlərini müzakirə etməyi planlaşdırdığını söyləyib. SİA xəbər verir ki, bu barədə yerli Tanyuq

Agentliyi məlumat yayıb və Vuçiçin fikirlərindən sitat gətirib.

"Putinlə 25 noyabr görüşünün ilkin tarixini müəyyənləşdirdik. Mən qazın qiymətlərini müzakirə etməyi planlaşdırıram", deyə Vuçiç bildirib.

Serbiya prezidenti həmçinin deyib ki, qazın əlverişli qiymətlərlə əldə olunması barədə razılığa gəlinəcəyinə ümid edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə