İranın nüvə razılaşması müzakirə edilib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

SİA Rusiya XİN-ə istinadən xəbər verir ki, nazirlər İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı (JCPOA) ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Söhbətin İran tərəfinin təşəbbüsü ilə baş tutduğu deyilir.

“İranın nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ətrafında vəziyyət nəzərdən keçirildi. “Nüvə razılaşması”nın başlanğıc balanslaşdırılmış konfiqurasiyada bərpasının bütün tərəflər üçün hüquq və maraqların təmin edildiyi yeganə düzgün yol olması təsdiqləndi”, - məlumatda belə deyilir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...