Günəşi müşahidə edəcək peyk buraxıldı ÇİN TƏRƏFİNDƏN

Çinin ilk günəşi müşahidə peyki Sixe, Taiyuan Kosmodromundan uğurla buraxılıb. SİA xəbər verir ki, bu barədə Çinin Milli Kosmos İdarəsi məlumat yayıb.

"14 oktyabr yerli vaxtla saat 18:51-də günəşin tədqiqi üçün ilk peyk olan Sixe, Taiyuan kosmodromundan uğurla buraxılıb", deyə idarənin məlumatında bildirilir.

Qeyd olunur ki, Çində "günəş tədqiqatları dövrü"-nü açan cihazın ilk dəfə olaraq H-Alfa diapazonunda Günəşin tam şəkillərini alacağı gözlənilir. Kütləsi 550 kiloqram olan və xidmət müddəti üç il təxmin edilən peyk günəş sinxron orbitində işləyəcək.

Xatırladaq ki, cihaz, Çin mifologiyasından olan əfsanəyə görə on günəş doğan Sixe tanrıçasının adını daşıyır. Peykin adını Çin xalqı özü seçib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...