Şimpanzelərdə yeni xəstəlik aşkar olunub

Afrikada araşdırma aparan alimlər, ilk dəfə olaraq vəhşi təbiətdə yaşayan birdən çox şimpanzedə cüzam xəstəliyi aşkar ediblər. SİA xarici mətbuata istinadə bildirib ki, cüzam xəstəliyi ilk dəfə vəhşi şimpanze qruplarında görülüb. Qvineya və Fil Dişi sahilində bir-biri ilə əlaqəsi olmayan iki Qərbi Afrika şimpanze populyasiyasında hadisələr təsdiqlənib. İngilis alimləri üzlərində qabar olan meymunların görüntülərini ictimaiyyətlə paylaşıb. Exeter Universitetinin Ekologiya və Qoruma Mərkəzinin alimləri bu vəziyyətin səbəbinin araşdırıldığını açıqlasalar da hələ dəqiq bir nəticəyə gəlməyiblər.

Komanda şimpanzelərin insanlara və ya ətrafdakı digər naməlum mənbələrə məruz qalması ilə əlaqədar olduğunu ehtimal edir.

Mütəxəssislər bu xəstəliyin heyvanlar aləmində tükəndiyini düşünürdülər. Ancaq son iyirmi il ərzində elm adamları, İngiltərədəki qırmızı sincablarda, ABŞ-da armadillolarda və indi vəhşi şimpanzelərdə yayıldığını aşkar ediblər.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə