Tayvanın cənubunda 13 mərtəbəli bir binada baş verən yanğın fəlakətə çevrilib. Dəhşətli yanğın nəticəsində 14 nəfər həyatını itirib, 51 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən bildirib ki, Tayvan bu səhər qorxunc bir yanğın xəbəri ilə oyanıb. Ölkənin cənubunda yerləşən Kaohsiyunqda baş verən yanğında 13 mərtəbəli bina dağılıb, 13 nəfər ölüb, 51 nəfər yaralanıb. Səhərə yaxın başlayan yanğında, xilasetmə qrupları, yanğının söndürülməsinə baxmayaraq axtarış və xilasetmə işlərinin davam etdiyini açıqlayıb. 13 mərtəbəli binanın alt mərtəbələrinin tamamilə yanıb kül olduğu bildirilib.
Yanğının səbəbi hələlik məlum deyil, ancaq səlahiyyətli şəxslərin açıqlamaları alovun binanın bir mərtəbəsindən yayıldığını göstərib. Hadisənin şahidləri yanğın zamanı partlayış səsi eşitdiklərini bildiriblər.
Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB