Yəməndə husilər bir sıra əraziləri ələ keçirib

Yəməndə husilər Marib əyalətinin mərkəzinə yaxın bir sıra əraziləri ələ keçirib.

Qeyd edilir ki, üsyançılar El-Cube rayonunun 3 kəndini ələ keçiriblər. Yəmən ordusu husilərin El-Cubenin mərkəzinə nəzarəti ələ keçirməməsi üçün müdafiəyə keçib, tərəflər arasında şiddətli döyüşlər başlayıb.

Məlumata görə, husilərin El-Cubedə yanacaqdoldurma məntəqəsini hədəfə alaraq partlatması nəticəsində bir neçə mülki şəxs ölüb və yaralanıb. Hadisənin təfərrüatları açıqlanmır.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...