“Pamela” qasırğası tropik fırtınaya çevrilir

Meksikada tüğyan edən “Pamela” qasırğası tropik fırtınaya çevrilib.

Bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb.

Hazırda fırtına 10,2 m/s sürətlə şimal-şərqə doğru irəliləyir. Küləyin sürəti saatda 42 m/s-ə çatır.

Ölkənin bəzi bölgələrində güclü yağış daşqınlara səbəb olub. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB