Fransanın əyalət şəhər kollecində zəhərlənmə

Fransanın əyalət şəhər kollecində zəhərlənmə

Fransanın Marignas-sur-Jal şəhərindəki kollecinin 27 tələbə və 7 kollec işçisinin raket yanacağının tüstüsündən zəhərləndiyi ehtimal edilir.

Mütəxəssislərin fikrincə, zəhərlənmə raket yanacağının yanması zamanı ayrılan hidroxlor turşusunun buxarlanması nəticəsində baş verə bilər.

Qeyd edilir ki, kollecin yaxınlığında "Ariane Group" raket və kosmik texnologiya korporasiyasının ofisi yerləşir. Burada "Ariane 5" və "Ariane 6" ağır raketləri üçün yanacaq hazırlanır.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə