“ABŞ və Rusiya verdikləri sözü yerinə yetirmirlər”

Amma buna baxmayaraq, Türkiyə Suriyadakı terrorçuların kökünü kəsmək üçün lazımlı addımlar atılacaq, Bunu Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Xarici işlər naziri Çavuşoğlu, Ankarada səfərdə olan Nikaraqua Xarici işlər naziri Denis Moncada Colindres ilə görüşüb. Çavuşoğlu danışıqlardan sonra təşkil edilən birgə mətbuat konfransında terror təşkilatı PKK/YPG-nin Suriya ərazilərindən Türkiyəyə istiqamətlənən hücumlarına toxunub. Son tarixlərdə Suriya ərazilərindən Türkiyəyə yönəlik hücumların olduğunu xatırladan nazir bu hadisələr ilə əlaqəli Rusiya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) da məsuliyyət daşıdığını vurğulayıb. Bu iki ölkənin verdiyi sözlərə əməl etmədiyinə diqqət çəkib və daha Türkiyənin cərəyan edən hüdisələrə biganə qalmayacağını, bölgəni terrorçulardan təmizləmək üçün lazımlı addımları atacağını deyib.

Xatırladaq ki, keçən həftə Suriyanın Mera qəsəbəsində separatçı terror təşkilatının həyata keçirdiyi xain hücumda iki polis şəhid oldu.

Prezident Rəcəb Tayyib Ərdoğan isə əvvəlki gün etdiyi açıqlamada, sözügedən bölgələrə əməliyyat siqnalı verdi.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə