Honkonqda məktəblər bağlanıb...

...birja əməliyyatları dayandırılıb
Honkonqda məktəblər bağlanıb...

Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin cənub ərazilərində təsirli olan Kompasu tayfunu səbəbindən məktəblər bağlanıb. Türkiyənin TRT kanalının bölgə nümayəndəliyi bildirib ki, Tayfun səbəbiylə təhsil ilə yanaşı bir çox ictimai xidmətlər və birja əməliyyatları da dayandırılıb. SİA bu barədə türk mətbuatına istinad edir.

Honkonq Rəsədxanasından yayılan açıqlamada isə tayfun ilə yanaşı güçlü yağışın davam etdiyi, bu səbəbdən daşqınların ola biləcəyi bildirilib.

Rəsmi açıqlamalara görə tayfun günortadan sonra tədricən zəifləyəcək və Cənubi Çin dənizinin şimalından keçərək Vyetnama yönələcək.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə