"Vətəndaş Müqaviləsi"nin Gorusdakı qərargahında dava düşüb - "Hraparak"

Bir neçə gün əvvəl "Vətəndaş Müqaviləsi"nin Gorusdakı qərargahında dava düşüb. SİA Ermənistanın "Hraparak" qəzetinə istinadən yazır ki, dava partiyanın iki qanadı - qubernator və deputat Armen Xaçatryan arasında baş verib.

Xəbərdə deyilir ki, bölgənin qubernatoru Ermənistan parlamentinə Gorus şəhərindən deputat seçilmiş Xaçatryana şillə vurulub. Qalmaqal da qubernatorun bələdiyyə başçısının müavini Karo Avanesyanın namizədliyini dəstəkləməsi və əvəzində isə Xaçatryanın "adamı" sayılan keçmiş deputat Vladimir Abuntsın qələbə qazanması ilə başlayıb.

Vitse-qubernatorun həyat yoldaşı Armine Simonyan da qubernatorun tərəfini saxlayıb və statusunda: "Xaçatryan o şəxsdir ki, Gorusu əvvəllər də dağıdırdı, indi də əməllərini davam etdirməyə gəlir. Nikolun yolunu kəsən korrupsionerə burada yer yoxdur", yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə