Tixanovskayaya qarşı yeni cinayət işi açılıb

Belarus təhlükəsizlik əməkdaşları müxalifət liderləri Svetlana Tixanovskaya və Pavel Latuşkoya qarşı yeni cinayət işi açıblar. Belarus İstintaq Komitəsinin rəsmi nümayəndəsi Sergey Kabakoviç bildirib ki, onlar saxta dövlət hakimiyyəti orqanları və xaricdə nümayəndəliklər yaratmaqda ittiham olunurlar.

Kabakoviç onu da əlavə edib ki, Tixanovskaya və Latuşko razılıq əsasında və sui-qəsdin digər iştirakçıları ilə birlikdə xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlara giriblər.

Hazırda hər iki müxalifətçinin Belarusu tərk etdikləri bildirilir. Deyilənə görə, Tixanovskaya Litvaya, Latuşko isə Polşaya gedib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə