Vaxtilə Rusiya qanunvericiliyini pozduğuna görə bu ölkədən qovulub və qayıdışı yasaq edilən 300 mindən artıq əməkçi miqrantın yenidən bu ölkəyə, yəni Rusiya Federasiyasına qayıda bilməsinə icazə verilib.
Qeyd edək ki, Rusiya Miqrantlar Federasiyasının rəhbəri Vadim Kojenovun “YouTube” kanalına verdiyi açıqülamaya görə, guya bu qərar uzun və çətin danışıqlardan sonra qəbul edilib.
…Və bunun nəticəsində Tacikistan və Özbəkistanın hər birindən 150 min miqrant yenidən Rusiyaya qayıdacaq.
Kojenovun sözlərinə görə, bu vətəndaşlar vaxtilə Rusiyada cinayət törədiblər, lakin buna baxmayaraq onların geri qaytarılmasına qərar verilib.
Deməli, deyilənlər özünü doğruldur. Məsələ bundadır ki, bir müddət bundan əvvəl mütəxəssislər dünyanın heç bir ölkəsinin Rusiya kimi xarici işçi axınından bu qədər güclü asılı olduğunu deyəndə yanılmırmışlar. Göründüyü kimi, bu fakt pandemiya dövründə öz təsdiqini tapdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB