“G20” ölkələrinin liderləri bugünkü sammitdə Əfqanıstanda qadınların hüquqlarını da müzakirə ediblər. Qeyd edək ki, bu barədə İtaliyanın Baş naziri Mario Draqi virtual görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Qaçqınlara yardım proqramları və insan hüquqları kimi təcili problemləri müzakirə etdik. Qadın hüquqlarının vəziyyətinə, 20 il geriyə getməmək üçün onların təhsil hüququna zəmanət verilməsinin zəruriliyinə toxunduq”. Deyim ki, Rusiyanın “RİA Novosti” saytı bu fikirləri İtaliya baş nazirinin keçirdiyi mətbuat konfransındakı fikirlərindən sitat gətirib.
Yeri gəlmişkən xatırladaq ki, oktyabrın 12-də Romada Əfqanıstanla bağlı “G20”-nin təcili sammiti keçirilib. Videokonfrans formatında keçirilən tədbirdə BMT, BVF və Dünya Bankının nümayəndələri də iştirak ediblər.
Bir daha xatırladaq ki, bu il avqustun 15 -də Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” yaraqlıları hələ də yerli xalqa zülm etməkdə davam edirlər.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB