Rusiyanın məsuliyyətə cəlb edilməsi barədə UKRAYNA ÇAĞIRIŞ EDİB

Rusiyanın məsuliyyətə cəlb edilməsi barədə UKRAYNA ÇAĞIRIŞ EDİB

Kiyev hesab edir ki, Haaqadakı arbitraj məhkəməsi, 2018-ci ildə BMT-nin Dəniz Hüquqları Konvensiyasına əsasən, Ukrayna gəmilərinin və dənizçilərinin Rusiya tərəfindən Qara dənizdə saxlanılması ilə bağlı hadisəni nəzərdən keçirməlidir. SİA xəbər verir ki, bu barədə ukraynalı diplomat Oksana Zolotaryova bəyan edib.

"Məhkəmənin yurisdiksiyasına bu ciddi pozuntunu nəzərə alıb Rusiyanı məsuliyyətə cəlb etmək alır... Ukrayna məhkəmədən işə ən qısa zamanda yenidən baxmasını xahiş edir", deyə Haaqadakı Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Zolotaryova bildirib.

O, həmçinin Kiyevin Ukrayna ordusu üçün təzminat ala biləcəyinə ümid etdiyini də bildirib. Zolotaryova,

Haaqadakı Daimi Arbitraj Məhkəməsində Ukraynanın başladığı proseslər çərçivəsində bazar ertəsi açılan arbitraj məhkəməsinin iclasında çıxış edib. Dinləmələr, hadisəyə baxmanın bu məhkəmə orqanının səlahiyyətinə aid olmadığını düşünən Rusiyanın etirazları ilə əlaqədardır.

Ukrayna, Rusiyanın etirazlarına yazılı cavab olaraq, prosesin silahlı qarşıdurmaya əsaslandığını qəbul etməkdən imtina edib. Ukrayna tərəfi hesab edir ki, vəziyyət BMT-nin Dəniz Hüquqları Konvensiyası əsasında nəzərdən keçirilməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə