Almaniya humanitar yardım üçün 600 milyon avro ayıracaq ƏFQANISTANA
Almaniya kansleri Angela Merkel, Almaniyanın Əfqanıstan əhalisinə humanitar dəstək üçün vəsait ayıracağını bildirib. SİA xəbər verir ki, bunu Merkel G20 liderləri arasında Əfqanıstanla bağlı danışıqların ardından jurnalistlərə açıqlamasında bəyan edib.
"Bu gün bir daha Almaniya tərəfdən humanitar problemlərin həllinə kömək etmək üçün 600 milyon avro ayıracağımızı təsdiq etdik, çünki iqtisadi çöküşün qarşısını almaq lazımdır", deyib kansler.
G20 liderlərinin Əfqanıstanla bağlı danışıqlarının ardından jurnalistlərə açıqlamasında Merkel, "Biz BMT-nin bütün təşkilatlarının humanitar yardım göstərə bilməsini tələb edirik. Bu yardım beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə uyğun olaraq verilməlidir", deyə kansler əlavə edib.
Kansler vurğulayıb ki, "işlək bir hava limanının olması çox vacibdir".
"Bu, Almaniya da daxil olmaqla, müxtəlif ölkələrdən olan vətəndaşların, eləcə də Əfqanıstanda təhlükə altında olanların təxliyəsi üçün də, humanitar yardım üçün də vacibdir. Hava limanına əlçatanlıq olmalıdır", deyə kansler fikrini izah edib.
O, liderlərin Əfqanıstanda koronavirusa qarşı "sürətli peyvənd kampaniyası" keçirilməsinin zəruriliyini müzakirə etdiklərini də qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB