Türkiyə sularına itələnən 75 miqrant xilas edilib

Miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər
Türkiyə sularına itələnən 75 miqrant xilas edilib

Muğla vilayətinin Marmaris qəsəbəsi sahillərində Yunanistan Sahil Mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına itələnən 75 miqrant xilas edilib. SİA bu barədə türk mətbuatına istinad edir.

Marmaris sahillərində rezin qayıqda qaçqınların olduğuna dair məlumat əldə edən Sahil Mühafizə qrupları qısa müddətdə bölgədə olublar.

Yunanistan Sahil Mühafizəsi tərəfindən Türkiyənin sularına itələndiyi və aralarında qadın və uşaqların da olduğu 75 miqrant xilas edilib.

Miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə