Britaniya Müharibə və Sülh Hesabat İnstitutunun saytında qeyd olunur ki, erməni analitiklər İrəvan və Ankara arasında gərginliyin azalması ehtimalını araşdırmaq cəhdlərinə ehtiyatla reaksiya verirlər.
Məsələ bundadır ki, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan son bir ayda ikitərəfli münasibətlərin bərpası ilə bağlı danışıqlara başlamağa hazır olduqlarını dəfələrlə bildiriblər.
Yeri gəlmişkən qeyd edək ki, bu gün iki ölkə arasında heç bir diplomatik əlaqə yoxdur və Türkiyə-Ermənistan sərhədi hələ 1990-cı illərdən bəri bağlı olaraq qalmaqdadır. Ötən il 44 günlük Qarabağ müharibəsi zamanı isə iki ölkə arasındakı münasibətlər daha da pisləşib.
Onu da qeyd edək ki, bu gün Bakı Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın heç bir ölkəyə qarşı yönəlmədiyini bildirir. Əslində burada əsas məqsəd regionda sülh və sabitliyin təmin edilməsidir. Hazırda Azərbaycan Ermənistandan onun suverenliyini və ərazi bütövlüyünü tanımasını və kommunikasiyaların açılmasına şərait yaratmasını istəyir. Təbii ki, bu halda Ermənistanla iqtisadi və digər əlaqələr də qurula bilər.
Bu arada Türkiyə prezidenti Ərdoğan da bildirir ki, əgər İrəvan bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edərsə, bu halda Ankara Ermənistanla münasibətlərin tədricən normallaşmasına hazırdır. O, həmçinin Türkiyənin İğdır əyalətindən Azərbaycana keçmək üçün Ermənistana gedən dəmir yolu bağlantısı daxil olmaqla yolun açılmasına kömək edəcəyini də vəd edir.
Bildirək ki, Paşinyan, öz növbəsində, sentyabrın 8-də Ermənistan Nazirlər Kabinetinin iclasında qeyd edib ki, Ərdoğanın bəyanatları “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, dəmir yolu və digər kommunikasiyaların bərpası məsələlərini müzakirə etmək imkanı verir və Ermənistan da bu müzakirələrə hazırdır”. Erməni baş nazir onu da bildirib ki, hazırda Rusiya, ABŞ, AB, Çin və Hindistan da daxil olmaqla qlobal oyunçular da artıq bu cür danışıqları asanlaşdırmaqda maraqlı olduqlarını bildiriblər.
Buna baxmayaraq, bu gün Ermənistanın müxalifət nümayəndələri Paşinyanın yanaşmasına hələ ki, şübhə ilə yanaşırlar. Məsələ bundadır ki, Ankaranın detallı ön şərtlərinin olmaması erməniləri belə düşünməyə vadar edir
Maraqlıdır ki, Ermənistandakı hökumətlərin heç bir irəliləyiş əldə etmədən Türkiyə ilə münasibətləri normallaşdırmaq fikrini dəstəklədiyini bidirən erməni siyasi şərhçisi Erik Akobyan amma nədənsə bir müddət sonra Türkiyə daxilində danışıqlara başlamaq üçün yeni cəhdlərin qarşısının alınacağını iddia edir. Akobyana görə, bu halda Ərdoğan erməni rəhbərliyi ilə hər hansı bir dialoqu davam etdirməkdən çəkinəcək.
Bununla belə, o, Türkiyə ilə danışıqlar aparmaq faktının özlüyündə əhəmiyyətli olacağını da istisna etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB