Çinin Şansi əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 15 nəfər ölüb.
SİA bu barədə TASS-a istinad edir.
Hakimiyyət orqanlarının məlumatına görə, təxminən 34,9 milyon əhalisi olan əyalətin 11 şəhər və 76 əyalətinin 1 757 milyon nəfər sakini daşqınlar səbəbindən fəlakət bölgəsindədirlər. Bundan əvvəl 120 mindən çox insan təxliyə edilib.
Daşqınlar nəticəsində Şansidə 19,5 mindən çox bina dağılıb, 18,2 mindən çox binaya ciddi ziyan dəydiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB