Qırğızıstan Prezident səlahiyyətlərini artırıb

Qırğızıstan Prezident səlahiyyətlərini artırıb

Qrğızıstan Prezidenti Sadır Japarov öz səlahiyyətlərini əhəmiyyətli dərəcədə artıran “Qırğızıstan Respublikasının Nazirlər Kabineti haqqında” qanunu imzalayıb.

SİA bu barədə rus mətbuatına istinad edir.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qanuna əsasən Japarov artıq öz təşəbbüsü ilə Baş naziri və Nazirlər Kabinetinin üzvlərini istefaya göndərmək hüququna malikdir.

Bundan əlavə, qanunda hökumət üzvünün vəzifəsindən istefaya göndərilə biləcəyi səbəblər açıqlanıb.

Qanunda Nazirlər Kabineti üzvləri üçün də müəyyən məhdudiyyətlər var. Məsələn, onlar seçki kampaniyaları zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul ola və inzibati resurslardan istifadə edə bilməzlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com