Moldovanın qazsız qalma ehtimalı var...

Moldovanın qazsız qalma ehtimalı var...

Moldova hökuməti “Qazprom”dan tədarükün kəsilməsi səbəbindən qonşu Rumıniya üzərindən əlavə qaz alışı ilə bağlı Avropa Birliyi ilə danışıqlar aparmaq istəyir.

Bildirək ki, bu barədə “Financial Times” xəbər yayıb.

Qeyd edək ki, sentyabrın sonunda “Qazprom” və Kişinyov arasında qaz müqaviləsi başa çatıb. Amma oktyabrın 1-də müqavilənin bir ay uzadılacağı bildirilsə də, uzunmüddətli müqavilə ilə bağlı danışıqlar hələ yekunlaşmayıb. Xatırladaq ki, Moldova üçün qazın hər min kubmetri üçün 790 dollar, illik orta qiyməti 200 dollar idi. Bazar ertəsi günü Moldova səlahiyyətliləri, Rumıniyada və Avropa İttifaqınin digər üzv ölkələrində, eləcə də Ukraynada mavi yanacağın alınmasının mümkün olduğunu bildiriblər.

“Financial Times” nəşri Kişinyovun Brüsseldən təcili qaz təchizatı istədiyini qeyd edir. Bundan əlavə, Moldova Avropa İttifaqınin köməyi ilə Rumıniyanın qaz tədarükü qaydasında dəyişikliyə nail olmaq niyyətindədir. Amma, etiraf edək ki, Buxarest də öz ehtiyaclarından narahatdır. Hazırda Kişinyov “Qazprom”dan qazı 13 il əvvəl bağlanmış müqaviləyə əsasən alır.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə