Rusiyaya qarşı mübarizədə birlik yaradılıb?

Rusiyaya qarşı mübarizədə birlik yaradılıb?

Böyük Britaniya və Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva – Rusiyaya qarşı birgə mübarizə aparacaqlar.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Truss ilə Baltikyanı ölkələrdən olan həmkarları arasında keçirilən görüşdən sonra dərc olunan kommunikedə bildirilir.

Nazir, ölkələrin Rusiyanın qərb istiqamətindəki hərəkətləri ilə mübarizədə birgə səylərini davam etdirməyə razı olduqlarını bildirib.

O, İngiltərənin “qaydalara riayət etməyənlərə qarşı sərt hərəkət etməyə hazır olduğunu” da əlavə edib.

Truss tərəfləri qlobal şəbəkələrlə yanaşı texnologiya kimi əhəmiyyətli sahələrdə əməkdaşlığı gücləndirməyə çağırıb.

Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə Berlin Belarus prezidenti Aleksandr Lukaşenkonın qanunsuz miqrantların Almaniyaya daşınmasında iştirak etməsi ilə bağlı istintaqa başlayıb.

Almaniyalı araşdırmaçıların iddiasına görə, “dövlət səviyyəsində təşkil edilən miqrantların daşınması yolu ilə” Lukaşenko “sanksiyaları götürmək üçün Avropanı şantaj etmək istədiyir”.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə