Ərəb dünyasının ilk qadın Baş naziri…

...vəzifəsini icra etməyə başladı
Ərəb dünyasının ilk qadın Baş naziri…

Tunisdə hökuməti qurmaq vəzifəsi tapşırılan Necla Buden Ramazan 23 nazirdən ibarət yeni kabineti açıqladı.

Baş nazir Buden və hökumət üzvləri üçün Prezident aparatında and içmə mərasimi təşkil edilib. Yeni hökumət and içmə mərasimindən sonra vəzifəyə başlayıb.

Xatırladaq ki, prezident Kays Said, 25 İyulda qəbul etdiyi fövqəladə qərarlarla Məclisin fəaliyyətini dayandırdı və Baş naziri vəzifədən kənarlaşdırdı. Bu siyasi böhrandan iki ay sonra, yəni 28 sentyabrda yeni hökuməti qurmaq- vəzifəsini Budenə tapşırdı. Qıssa müddətdə yeni höküməti formalaşdıran Buden Ərəb dünyasının və Tunisin ilk qadın Baş naziri oldu. Onun rəhbərliyindəki hökumətdə Leyla Ceffal ədliyyə naziri, İmad Məmiş müdafiə naziri, Osman əl-Cerandi xarici işlər naziri, Tevfik Şərafəddin daxili işlər naziri olaraq vəzifə icra edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə