ABŞ səlahiyyətliləri, dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Moskvaya səfəri qarşılığında bəzi rusların sanksiya siyahısından çıxarılmasına razılıq veriblər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Nulandla tanış olmaq təklifi Vaşinqtondan gəlib və bu məsələ “bərabər əsasda həll edilib”.
Qeyd edək ki, Viktoriya Nuland oktyabrın 11-13 tarixlərində Rusiya paytaxtına səfər edəcək və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşəcək.
Xatırladaq ki, bu ilin sentyabr ayında “Kommersant” nəşri, Birləşmiş Ştatların embarqo qoyduğu rus diplomatlarına viza verəcəyi təqdirdə, Moskva Nulandın səfərini təsdiqləyəcəyini bildirmişdi.
Onu da xatırladaq ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland 2019 -cu ildən etibarən Rusiyanın “qara siyahısı”nda idi deyə, ona Rusiyaya giriş qadağan edilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB