Avstriya kansleri Sebastyan Kurtsun istefa verməsi ilə əlaqədar hökumət böhranı sona çatıb. Avstriya Prezidenti Aleksander Van der Bellen bildirib ki, hökumət bazar ertəsindən etibarən yeni kanslerlə işləməyə davam edəcək.
SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.
“Bu hökumət böhranı bitdi. Sabah yeni kansler və yeni xarici işlər nazirinin andiçməsini qəbul edəcəm. Ölkəmiz üçün işlər davam edə bilər”, – Van der Bellen deyib.
O, həmçinin kansler vəzifəsindən ayrılmaq qərarına görə Kurtsa təşəkkür edib. “Hökumətin yenidən qurulması başa çatıb və indi inamı bərpa edərək işi davam etdirməliyik”, – prezident qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB