“Ukrayna istəsə, 5 dəqiqəyə Krımı geri qaytarar..?”

“Ukrayna istəsə, 5 dəqiqəyə Krımı geri qaytarar..?”

"..Rusiya hakimiyyəti Donbasdakı münaqişəni yalnız bir zənglə aradan qaldıra bilər”.

Deyim ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Arestoviç bildirib.

Ukraynanın “Dom” telekanalının verdiyi məlumata görə, o, həmçinin Ukraynanın “beş dəqiqə ərzində” hazırda Rusiyanın nəzarəti altında olan Krımın da geri qaytarıla biləcəyini söyləyib.

Qeyd edək ki, Ukrayna səlahiyyətlisi yarımadanın işğal edilməməsinə görə bütün məsuliyyətin Rusiya Prezidentinin üzərinə düşdüyünü bildirib. Arestoviçin sözlərinə görə, Kiyev Moskvaya münaqişəni həll etmək və “özünü qurtarıb çıxmaq” imkanı versə də, amma Rusiya tərəfi hələ də bundan istifadə etməyib.

...Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Daxili Qoşunlarının keçmiş komandanı və Donetsk vilayətinin keçmiş başçısı general Aleksandr Kixtenko Donbasdakı münaqişənin hərbi yolla həll edilməsinin Ukraynanın məğlubiyyətinə səbəb olacağı fikrini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə