"Ermənistan İrandan Gürcüstana yeni tranzit yolu çəkməyi planlaşdırır. Biz bu yolun tikintisində iştirak etməyə hazır olduğumuzu da artlq bəyan etmişik”. Qeyd edək ki, bu fikirləri İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi bildirib.
İran rəsmisinin sözlərinə görə, “ermənilərin qarşıdurmaları ilə heç bir əlaqəsi olmayan yeni bir dəhliz yaratmaq planı” “çox vacib bir məsələ” və “əsas vəzifələrdən biridir”.
Xademinin dediyinə görə, Tehran və İrəvan artıq bir neçə alternativ yolun inşası ilə bağlı bir sıra razılaşmalar əldə ediblər.
Maraqlıdır ki, bir gün əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla Cənubi Qafqazda Sülh Qonşuluğu təşəbbüsünü müzakirə etmək üçün rəsmi səfərlə İrəvanda olsa da, amma rəsmi Tbilisi “qarşıdurmalarla heç bir əlaqəsi olmayan yeni bir dəhliz”lə bağlı hələ heç bir aşıqlama verməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB