“Əşrəf Qani ölkədən milyonlarla dolları aparıb”

“Əşrəf Qani ölkədən milyonlarla dolları aparıb”
Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin təhlükəsizlik xidmətinin rəhbəri Piraz Ata Şarifi onda sabiq dövlət başçısının ölkədən milyonlarla dollarla qaçmasını sübut edən videogörüntünün olduğunu bildirib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Şarifinin sözlərinə görə, onda prezident sarayının müşahidə kameralarının külli miqdarda pulun Əfqanıstanın keçmiş lideri tərəfindən ölkədən çıxarılmasını təsdiqləyən görüntüləri var.

“Məndə Əfqanıstanın Mərkəzi Bankının işçisinin külli miqdarda pulu Qaniyə o ölkədən getməzdən əvvəl gətirdiyini əks etdirən videogörüntülər var. Yüz milyonlarla, ola bilsin, milyardlarla dollar. Bu pul valyuta birjası üçün nəzərdə tutulurdu”, – Qaninin keçmiş mühafizəçisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com