Xəbər verildiyi kimi, Çexiyada parlament seçkiləri keçirilib.
Qeyd edək ki, seçklər fəal keçirilib. Bunu seçki məntəqələrindəki bülletenlərin 99,9 faizinin işlənməsi də təsdiq edir. Beləliklə, seçkilərin nəticəsi üç müxalif liberal partiya və hərəkatı birləşdirən “Birlikdə” koalisiyasının qələbəsi ilə yekunlaşəb. Belə ki, onlar səslərin 27,6 faizini toplayıblar.
Bildirək ki, “Birlikdə” koalisiyası 27.2 faizlə ikinci yerdə qərarlaşan Baş nazir Andriy Babişin partiyasını qabaqlayıb.
Üçüncü yerdə Pirat Partiyası ilə hərəkatı birləşdirən liberalların “Başçılar və Müstəqillər” koalisiyasıdır. Deyim ki, onlar səslərin 15,4 faizini əldə edə biliblər.
Qeyd edək ki, səslərin 9,6 faizini qazanan “Azadlıq və Birbaşa Demokratiya” adlı avroskeptik hərəkat da parlamentə düşə bilib.
Amma buna baxnmayaraq, ekspertlər yenə də keçirilən seçkinin nəticələrini "sensasiyalı" adlandırıblar.
Məsələ bundadır ki, 1925 -ci ildən bəri ilk dəfə olaraq Çexiya parlamentində kommunistlər (KSČM) təmsil olunmayacaqlar. Bundan əlavə, yaxın gələcəkdə Çexiyada baş nazirin dəyişəcəyi də ehtimal olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB