Erməni basdırdığı minaya düşüb

Erməni basdırdığı minaya düşüb

Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş əyalətində mina partlayıb.

Bu barədə “Shamshanyan-com” məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində Berd rayonunun Çinari kənd sakini, 30 yaşlı Nver Makaryan xəsarət alıb. Ona ilkin yardım göstərilib və yaralı hərbi hospitala yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə