Milyardlarla il əvvəl Mars necə görünürdü? - FOTO

Milyardlarla il əvvəl Mars necə görünürdü? - FOTO

NASA milyardlarla il əvvəl Marsın necə göründüyünü öyrənmək üçün Salda gölünün mikrobialit fosillərini araşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu gün Marsın səthinin bu heyrətamiz su görüntüsündən məhrum olduğunu bildirən NASA, "Bizim əzmkar elm adamlarımız 3.5 milyard il əvvəl axan çay deltası və göl olduğunu düşündükləri Jezero Kraterini araşdırmaqla məşğuldurlar" deyib.

NASA, Jezero Kraterindəki süxurların Salda Gölü ilə eyni olduğu fikrini təkrarlayıb. NASA-da çalışan elm adamları, Salda gölündəki mikrobialit fosillərini araşdıraraq, Marsın köhnə vəziyyətini daha yaxşı araşdırmağı hədəfləyiblər.

Ruqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə