AB məsciddəki partlayış təşkilatçılarını mühakimə etmək çağırışı edib

AB məsciddəki partlayış təşkilatçılarını mühakimə etmək çağırışı edib

Avropa Birliyi Əfqanıstanın Kunduz əyalətində şiə məscidində 40-dan çox insanın həyatına son qoyan partlayışın təşkilatçılarını məsuliyyətə cəlb etmək çağırışı edib. SİA xəbər verir ki, bu barədə birliyin xarici siyasət nümayəndəsi bildirib.

"" Vilayət Xorasan-İslam Dövləti" terror qruplaşmasının məsuliyyəti öz üzərinə götürdüyü bu dəhşətli cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır. Yaşamaq hüququ da daxil olmaqla bütün Əfqanların, eləcə də etnik azlıqların hüquqlarını müdafiə etmək və qorumaq lazımdır.", deyə Avropa Birliyi nümayəndəsinin yazılı açıqlamasında qeyd olunur.

Onun sözlərinə görə, Avropa İttifaqı Əfqanıstanda sülh və sabitliyə qorumağa və bu ölkə xalqına dəstək verməyə hazırdır.

Xatırladaq ki, Əfqanıstanın Kunduz əyalətində bir şiə məscidində baş verən partlayış nəticəsində ən az 46 nəfər ölüb, 143 nəfər yaralanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə