İranın ilk prezidenti vəfat etdi 88 YAŞINDA

İranın ilk prezidenti vəfat etdi 88 YAŞINDA

İranın ilk prezidenti Abolhassan Banisadr 88 yaşında vəfat etdi. SİA xəbər verir ki, bu barədə yerli mətbuat onun ailəsinə istinadən məlumat yayıb.

Ölkənin keçmiş liderinin yaxınlarının dediyinə görə, o, uzun sürən xəstəlikdən sonra Paris xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, Banisadr 1980-ci ilin əvvəlindən 1981-ci ilin ortalarına qədər İranın prezidenti olub. O, 1979 -cu il İslam İnqilabından dərhal sonra seçilib və təxminən bir il yarım hakimiyyətdə qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə