Türkiyədə casusluqda şübhəli bilinən 6 əcnəbi saxlanılıb. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumatlar yer alır.
Məlumata görə, həmin şəxslərdən silah, tapança və lazer göstəricisi ələ keçirilib. Yerli nəşrlərin xəbər verdiyinə əsasən, onlar məxfi məlumatlar əldə etmək üçün hərbi əməliyyata hazırlaşırdılar.
Qeyd olunur ki, axtarış zamanı onlardan üç tapança, bir neçə "jurnal" və patron tapılıb.
Hazırda saxlanılanların hamısı həbsdədir. Ətraflı araşdırma aparılır.
Saxlanılanların milliyyəti barədə məlumat verilmir. Bununla yanaşı, əməliyyat videosunda Rusiya Federasiyasının rəsmi möhürləri olan əşyalar var.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB