İranın cənubunda zəlzələ nəticəsində 400 ev dağılıb

İranın cənubunda zəlzələ nəticəsində 400 ev dağılıb

Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 400 ev tamamilə dağılıb.

SİA-nın məlumatına görə, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib.

Ə.Nozərinin sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində indiyədək 3 nəfərin yaralandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə