“Tiktok” yenə bir fəlakətə səbəb oldu

“Tiktok” yenə bir fəlakətə səbəb oldu

ABŞ-da “TikTok”da müəllimini yumruqlamaq “trend”indən təsirləndiyi bildirilən lisey şagirdi müəlliməsini xəstəxanalıq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Luiziana ştatının Covington Liseyində oxuyan 18 yaşlı Larianna Cekson sinifdən çıxarkən 64 yaşlı İngilis müəllimini yumruqlayıb.

Ceksonun müəllimi yumruqladığı görüntülər şagirdlər tərəfindən lentə alınıb. Hadisədən sonra şagird polis tərəfindən saxlanılıb. Bildirilib ki, əgər Cekson hücumda günahlandırılırsa, onu 1 ildən 5 ilə qədər həbs cəzası və ya 5000 ABŞ dollarına qədər cərimə gözləyir. Digər tərəfdən, məktəb rəhbərliyi hücumla əlaqədar istintaq başladığını açıqlayıb.

Qeyd edək ki, “TikTok” platformasının “Twitter” hesabında edilən şərhdə, bu məzmunun trend olmadığını və silinəcəyini vurğulanıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə