10 milyon pul və zinət əşyaları oğurlanıb

10 milyon pul və zinət əşyaları oğurlanıb

Moskvada şirkətin baş direktor müavininin mənzilindən 10 milyon rubl və 500 min rubl dəyərində qızıl-zinət əşyaları oğurlanıb. SİA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, soyğunçular giriş qapısının kilidini sındıraraq pul və zinət əşyaları oğurladıqları mənzilə daxil olublar. Bildirilir ki, oğurlanan vəsaitin bir hissəsi şirkətə məxsusdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, soyğunçular axtarışdadırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə