Ofisdə insident baş verib İKİ NƏFƏR GÜLLƏLƏNİB

Ofisdə insident baş verib İKİ NƏFƏR GÜLLƏLƏNİB

ABŞ-ın Capitol Xayts şəhərində iki nəfər atışmanın qurbanı olub. SİA xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Yerli mətbuatda yayılan xəbərlərə görə, insident nəticəsində iki nəfər qadın ölüb. Bildirilir ki, ölənlər güllələnərək öldürülüb və onların cəsədləri ofisin dəhlizində tapılıb.

Rayon rəhbəri qurbanların ailələrinə başsağlığı veriblər.

ABC telekanalı, atəş açan şəxsin hazırda saxlanıldığını da qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə