Avropa Birliyi bu maddəni qadağan edib

Avropa Birliyi bu maddəni qadağan edib

Avropa Birliyi 2022-ci ildə qida məhsullarında istifadə olunan titan dioksid (E171) qatqısını qadağan etməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sağlamlıq və qida təhlükəsizliyindən məsul olan Avropa Birliyinin Komissiyasının üzvü Stella Kyriakides AB-nə üzv olan ölkələrin gələn ilin əvvəlindən qida əlavəsi olaraq titan dioksidin (E171) istifadəsinin qadağan edilməsi təklifini təsdiqlədiklərini açıqlayıb.

Müxtəlif tədqiqatlar göstərir ki, titan dioksid anadan ana bətnindəki körpəyə keçə bilər.

Qeyd edək ki, titan dioksidin qida məhsullarında istifadəsi keçən il Fransada qadağan edilib.

Ruqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə