Putinlə münasibətləri necə yoluna qoymalı?

Putinlə münasibətləri necə yoluna qoymalı?

Ukraynanın keçmiş nəqliyyat və rabitə naziri, Radanın keçmiş deputatı Yevhen Çervonenko Ukrayna lideri Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə necə yaxşı münasibətlər qura biləcəyini izah edib. SİA xəbər verir ki, bu barədə Çevrenko “NAŞ” telekanalının efirində danışıb.

Siyasətçi bunun üçün Putini doğum günü münasibətilə təbrik etməyin lazım olduğunu söyləyib.

"Bilirsiniz, əgər prezident Zelenskinin yerində olsaydım, telefonu bu gün qaldırıb zəng edərdim. Bu gün bir çox düşmən dost olur", deyib Çervonenko.

O, qeyd edib ki, bu, ölkələrinin liderləri arasındakı şəxsi münasibətlərə deyil, işgüzar münasibətlərə aiddir. Eks-deputatın fikrincə, dost olmaq lazım deyil, ləyaqətlə danışmaq lazımdır.

Çervonenko əlavə edib ki, əsl dövlət başçısı öz ölkəsinin maraqlarını ustalıqla müdafiə etməyi bacaran bir insandır.

Xatırladaq ki, bir qədər əvvəl Zelenski Putinlə görüşmək istədiyini də bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə