Bond filmində casus rolunu oynayan kubalı aktrisa Ana de Armasın həyatı filmlərdən geri qalmır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, şöhrəti sayəsində Kubaya qarşı cəsusluqda ittiham olunan böyük qardaşını xilas edib.
Hər şey keçən ilin noyabr ayında keçmiş sevgilisi Ben Affleklə birlikdə Kubaya səyahətə çıxanda başlayıb. Aktrisa Affleckin xüsusi təyyarəsi ilə xərçəng xəstəsi olan atasına dərman çatdırıb. Bu səfərdə qardaşı Javier Caso var idi. Kubada qadağan edilmiş anti-kommunist qrupun üzvü olduğu üçün cəsusluqla günahlandırılan Javierə sual vermək istəyiblər. Ancaq bacısının o vaxt məşhur olması səbəbindən bu dindirmə təxirə salınıb. Ataları Ramon dərmanla təmin edilməsinə baxmayaraq qısa müddət sonra vəfat edib. Atasının ölümündə Kuba hökumətinin səriştəsizliyini günahlandıran Javier həbs olunacağını dəqiq bildiyi üçün dəfn mərasiminə qatıla bilməyib.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB