Məscidində baş verən partlayış nəticəsində ölənlərin sayı BƏLLİ OLDU

Məscidində baş verən partlayış nəticəsində ölənlərin sayı BƏLLİ OLDU

Əfqanıstanın Kunduz əyalətində bir şiə məscidində baş verən partlayış nəticəsində ən az 46 nəfər ölüb, 143 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsindəki mənbəsi RİA Novostiyə məlumat verib.

"Son məlumatlara görə, 46 nəfər ölüb, 143 nəfər yaralanıb", deyə mənbənin məlumatında bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl hadisə şahidlərindən biri qurbanların sayının 100 -ü keçdiyini, 20-yə yaxın qurban olduğunu bildirmişdi. Öz növbəsində mətbuat partlayış nəticəsində 60 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını yazmışdı. Ölənlərin və yaralananların hamısının məscidin ətrafında olduğu qeyd edilirdi. Taliban hərəkatının sözçüsü Zabiullah Mücahidin sözlərinə görə, xüsusi təyinatlılar partlayış yerinə gəlib və hazırda araşdırma aparılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə