Konqoda Ebola infeksiyasına yoluxma...

Konqoda  Ebola infeksiyasına yoluxma...

Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətinin Beni şəhərində sonuncu epidemiya bitdikdən sonra ilk dəfə Ebola infeksiyasına yoluxma halı qeydə alınıb.

Bu barədə yerli “Aktualite” nəşri məlumat yayıb.

Qeyd olunur ki, infeksiya təxminən 20 yaşlı kişidə aşkarlanıb. O artıq vəfat edib.

Paytaxt Kinşasanın mütəxəssisləri infeksiyaya yoluxmanı təsdiqləyiblər.

Xatırladaq ki, bu ilin martında Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində də Ebola qızdırmasına 11 yoluxma, o cümlədən 4 ölüm hadisəsi qeydə alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə