Latviya hökuməti koronavirusa yoluxma sayının artması səbəbindən ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq edib.
SİA xəbər verir ki, bu barədə yerli LETA agentliyi məlumat yayıb.
Müvafiq qərar oktyabrın 11-dən qüvvəyə minəcək.
Hökumət qərarı koronavirusun sürətlə yayılmasını məhdudlaşdırmaq üçün verdiyini bəyan edib.
Bununla yanaşı, ölkədə peyvənd edilməyən çoxlu sayda insanın olduğu deyilir. Bu qərarla peyvənd olunmayanlar üçün daha sərt məhdudiyyətlər tətbiq ediləcək. Eyni zamanda qərara riayət olunmasına nəzarət gücləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB