Yeni Əfqanıstan hakimiyyəti, ölkədən qaçan məmurların əmlakını sataraq qonşu dövlətlərə elektrik enerjisinə olan borclarını ödəyəcəklər.
Bu barədə “TOLO News” telekanalına “DABS Energy Corporation”ın istehsalat üzrə direktor vəzifəsini icra edən Safiullah Əhmədzai bildirib.
Qaçaq məmurların əmlakının satılması proseduru “Taliban” tərəfindən təyin olunan yeni hökumətin təsdiqindən keçməlidir. Bundan əlavə, illərdir elektrik enerjisi ödəməyən əfqan vətəndaşlarının əmlak və digər malları da hərraca çıxarıla bilər. Qeyd edək ki, adları açıq şəkildə yetərli olmadığı üçün borcun ödənilməsi üçün digər tədbirlər də nəzərdən keçiriləcək.
Xatırladaq ki, Əfqanıstanın elektrik enerjisinə görə qonşu ölkələrə təxminən 62 milyon dollar borcu var. “DABS” əfqanların borclu olduqları ölkələrə elektrik enerjisini kəsməmələri ilə bağlı xahişlə müşayət edilən məktublar göndərərək borcu ödəyəcəklərini vəd edirlər.
Bildirək ki, Tacikistan və Özbəkistan Əfqanıstanın onlara olan böyük borclara baxmayaraq qışda elektrik enerjisini kəsməyəcəklərinə söz veriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB